Abdullahian Suriyadan Türkiyəyə “hədə dolu” mesaj verdi

Abdullahian Suriyadan Türkiyəyə “hədə dolu” mesaj verdi

Türkiyənin Suriyanın şimalında istənilən hərbi əməliyyatı regionun təhlükəsizliyinə təhdiddir və qeyri-stabilliyə səbəb olacaq.

AzerTimes xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian suriyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, xarici qüvvələrin regiona istənilən müdaxiləsi doğru deyil:

“Biz terrorizmlə mübarizədə bütün gücümüzlə Suriyanın yanında olacağıq”.

Abdullahian əlavə edib ki, İran Suriyada istənilən hərbi əməliyyata qarşıdır:

“İslam Respublikası heç vaxt öz dostlarını tək qoymayıb və qoymayacaq”.

Qeyd edək ki, Abdullahian Suriyaya ötən gün gedib. Bundan öncə Türkiyədə səfərdə olarkən Ankaranın Suriyanın şimalında əməliyyat keçirməklə bağlı istəyini anladıqlarını bildirmişdi.

“Suriya məsələsində Türkiyənin təhlükəsizliklə bağlı gündəmə gətirdiyi narahatlıqları çox yaxşı anlayırıq. Türkiyə tərəfinin narahatlıqları qısa zamanda və daimi olaraq aradan qaldırılmalıdır. Eyni zamanda Suriyada xüsusi əməliyyatın gündəmə gətirilməsini də anlayırıq. Bununla bağlı dəyərli həmkarım Çavuşoğlu ilə müzakirələr apardıq”, – deyə Abdullahian bildirmişdi.

İran XİN rəhbərinin Suriyada bu cür qəti mövqeyi anlaşılmazdır.

Teqlər: