Abdullahian Səfəryanla görüşdü

Abdullahian Səfəryanla görüşdü

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda səfərdə olan Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.

Səfəryan İranın region ölkələrinin suverenliyi və “beynəlxalq sərhədlərin dəyişməzliyi ilə bağlı prinsipial mövqeyini” yüksək qiymətləndirib.

Abdullahianın Ermənistana səfəri və İranın Qafanda konsulluq açmasına toxunan Səfəryan bunu iki ölkə arasındakı münasibətlər üçün dönüş nöqtəsi adlandırıb.

Teqlər: