İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər İrana tətbiq edilən sanksiyaların ləğvi, nüvə müzakirələri, Qəzzadakı son vəziyyət, regional və beynəlxalq prosesləri müzakirə ediblər.
Söhbət zamanı Abdullahian ölkəsinin Vyanda nüvə danışıqlarını aparmaqda israrlı olduğunu bildirib.