Abdullahian meydan oxudu: Bu hücumla geri çəkilməyəcəyik

Abdullahian meydan oxudu: Bu hücumla geri çəkilməyəcəyik

Bu hücum öz əməllərini etiraf etməyə belə cəsarəti olmayanların qorxaq hərəkətidir.

AzerTimes xəbər verir ki, bu sözləri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian ölkəsinə endirilən PUA zərbələri haqda qeyd edib.

“Bu, şübhəsiz ki, bizi nüvə proqramının inkişafından imtinaya məcbur etməyəcək”, – o bildirib.

Qeyd edək ki, İranın bir neşə şəhərində yerləşən PUA istehsalı müəssisəsi və silah-sursat anbarlarına zərbələr endirilib. Bu zərbələrin ABŞ qüvvələrinin dəstək verdiyi İsrail tərəfindən endirildiyi iddia edilir.
İsrail məlumatı nə təkzib, nə də təsdiq edib.

Teqlər: