Abdullahian Küveytin yeni əmiri ilə görüşdü

Abdullahian Küveytin yeni əmiri ilə görüşdü

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Küveyt əmiri şeyx Meşal əl-Əhməd əl-Cabər əs-Sabahla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

İran və Küveyt arasında münasibətlərin müsbət olduğunu deyən Abdullahian yeni əmirin dövründə bu əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Küveytdə səfərdədir.

Teqlər: