İran Cənubi Qafqazda sabit sülhün bərqərar olmasını, eləcə də Şimal-Cənub tranzit marşrutunun işə salınmasını tam dəstəkləyir.
AzerTimes xəbər verir ki, bu sözləri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
O bildirib ki, İran Ermənistan Baş naziri Nikol Paşinyanın təqdim etdiyi “Sülh qovşağı” layihəsini də alqışlayır:
“İran istəyir ki, regionda sülh və sabitlik xarici qüvvələrin müdaxiləsi olmadan təmin edilsin, yalnız regional qarantlar sayəsində bütün sahələrdə sülh və təhlükəsizliyi təmin etmək mümkün olacaq”.