Livanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Hizbullah baş katibi Həsən Nəsrullahla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə “Əl Manar” telekanalı məlumat yayıb.
Məlumata görə, görüş zamanı regionda baş verən son hadisələr və tərəflərin İsrailin Qəzza zolağına təcavüzünü dayandırmaq üçün göstərdikləri səyləri müzakirə edilib.