İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın rəhbərliyi etdiyi nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşqə rəsmi səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Abdullahianın Suriya Prezidenti Bəşər Əsədlə görüşəcəyi bildirilir.
Səfərin məqsədinin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər üzrə mövqelərin əlaqələndirilməsi olduğu qeyd edilib.