İran xarici işlər naziri Hüseyn-Əmir Abdullahian ilə Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Tərəflər İran ilə Beynəlxalq Atom Enerji Agentliyi arasındakı son vəziyyəti müzakirə ediblər.
Bundan başqa, XİN başçısı bəzi avropalı nazirlərin son vaxtlar istifadə etdikləri “diplomatik nəzakətə zidd ifadələri” tənqid edib və Avropadakı bəzi radikal siyasətçilərin “AB-nin arxasında gizlənərək” bundan istifadə etdiyini bildirib.
Borrell isə tərəfləri Vyanada razılaşdırılmış öhdəliklərə əməl etməsi üçün səy göstərdiyini ifadə edib.