İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyib.
AzerTimes xəbər verir ki, bu barədə o, İran mediasına açıqlamasında deyib.
“Təhlükəsizlik Şurasının iclasına üzv ölkələrin, eləcə də İranın xarici işlər naziri dəvət olundu. Lakin amerikalılar mənə və həmkarlarıma vizaları çox gec, bu gün səhər saatlarında verdilər, ona görə də iclasda iştirak etmək mümkün olmadı”, – XİN başçısı bildirib.