İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT Baş Assambleyasının iclası zamanı mobil telefonla futbol izləyib.
AzerTimes xəbər verir ki, iranlı nazirin görüntüləri Teleqram kanallarında paylaşılıb.
Qeyd edək ki, dünən Asiya Çempionlar Liqasının növbəti turu çərçivəsində İranın “Persepolis” klubu Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasını qəbul edib. Görüş 2-0 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.