Abdullahian Bakıya bu tarixdə gələcək

Abdullahian Bakıya bu tarixdə gələcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıya sabah gələcək.

AzerTimes xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.

Bundan başqa, səfər çərçivəsində onun azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.

Teqlər: