Abdullahian Bakıda belə qarşılandı – Foto

Abdullahian Bakıda belə qarşılandı – Foto

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər sammitində iştirak üçün Bakıya gələn İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın səfəri Bakı-Tehran münasibətlərinin indiki durumuna görə diqqət mərkəzindədir.

AzerTimes xəbər verir ki, Abdullahian Bakıya gecə saatlarında gəlib. Onu hava limanında İranın Azərbaycandakı səfiri Abbas Musəvi və XİN-in idarə rəisi Bünyad Hüseynov qarşılayıb. Abdullahiyanı qarşılayan İrandakı keçmiş səfir Bünyad Hüseynovdur. Bünyad Hüseynov Azərbaycanın İrandakı keçmiş səfiri olub.

Qeyd edək ki, Abdullahianın türkiyəli həmkarı Hakan Fidan da daxil olmaqla, bir sıra ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Abdullahian özü isə bu səfəri “regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün fürsət” kimi dəyərləndirib.

Teqlər: