Abdulbari Gözəlin oğluna vəzifə verildi

Abdulbari Gözəlin oğluna vəzifə verildi

Əhməd Gözəl Azərbaycan Sənaye Bankı ASC-nin (ASB) Müşahidə Şurasına yeni sədr təyin edilib.

AzerTimes xəbər verir ki, Ə. Gözəl bankın rəhbərliyində Zeynəb Konyarı əvəz edib.

Adları çəkilən hər iki şəxs ASB-nin daxil olduğu Azərsun Holdinq MMC-nin prezidenti Abdulbari Gözəlin övladlarıdır.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

Teqlər: