Fələstin lideri Mahmud Abbasın BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı İsrail nümayəndələri iclas zalını tərk ediblər.
AzerTimes xəbər verir ki, o, çıxışını bütünlüklə Fələstin-İsrail münaqişəsinə həsr edib, İsraili fələstinlilərə qarşı siyasətinə görə kəskin tənqid edib.
“Mən burada sizin qarşınızda dayanarkən, İsrailin irqçi ifrat sağ hökuməti xalqımıza hücum etməyə davam edir”, – Abbas bildirib.
O, İsrailin heç bir izahat vermədən ən azı 600 fələstinlinin cəsədini Fələstinə təhvil verməkdən imtina etdiyini bildirib.
Abbasın bu sözlərindən sonra İsrail nümayəndələri iclas zalını tərk ediblər.