Azərbaycanda axtarışda olan və İrana sığınaraq SEPAH-ın himayəsi altında fəaliyyət göstərən “Hüseyniyyun” qruplaşmasına bağlı sosial media kanalları İranın Azərbaycandakı səfiri Abbas Musəviyə qarşı təbliğat aparır.
AzerTimes xəbər verir ki, bu barədə qruplaşmaya bağlı sosial media şəbəkəsində paylaşımlar edilib.
Onlar səfirin Moskvadakı terraktla bağlı Rusiyanın Azərbaycandakı səfirliyində başsağlığı verdiyi yerdə Azərbaycan və Rusiya bayraqlarının olub, İran bayrağının isə olmadığından hiddətləniblər.
Protokol qaydalarını nəzərə almayan qruplaşma üzvləri Abbas Musəvinin İran mənafeyini deyil, Azərbaycan mənafeyini müdafiə etdiyini iddia ediblər.
“O, Bakıda “Bakı səfiri” kimi ad çıxarıb. Onun Bakıda qalması əvvəlkindən qat-qat zərərlidir”, – paylaşımda qeyd edilib.