Abbas Baydenlə danışmaqdan da imtina etdi

Abbas Baydenlə danışmaqdan da imtina etdi

Fələstin lideri Mahmud Abbas ABŞ Prezidenti Co Baydenin oktyabrın 18-də İsrailə səfəri zamanı onunla telefon danışığından da imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu Ramallahdakı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri oktyabrın 18-də liderlər arasında telefon danışığı təşkil etmək istəyiblər, lakin Abbas bundan imtina edib.

Qeyd edək ki, Qəzzadakı “Əl-Əhli” xəstəxanasına raket zərbəsi və yüzlərlə ölən səbəbindən Mahmud Abbas Co Baydenlə sammitdən də imtina etmişdi.

Teqlər: