Abbas Arakçı Ərəbistana gedir

Abbas Arakçı Ərəbistana gedir

İranın xarici işlər naziri Abbas Arakçı bu gün Səudiyyə Ərəbistanına səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Arakçı özü açıqlamasında deyib.

“Mənim Səudiyyə Ərəbistanı və bəzi region ölkələrinə səfərim bu gün günün ikinci yarısında başlayacaq”, – XİN başçısı bildirib.

Arakçı qeyd edib ki, səfərlərin məqsədi bölgədə baş verən son proseslərlə bağlı danışıqlar aparmaqdır.

Xatırladaq ki, Arakçı 4-5 oktyabrda Livan və Suriyada səfərdə olmuşdu.

Teqlər: