ABB yeni imic filmini təqdim etdi!

ABB yeni imic filmini təqdim etdi!

Regionun ən böyük maliyyə qurumu olan ABB yeni imic filmini təqdim edib. “ABB Bizik!” devizi ilə hazırlanmış film Bankın bütünləşdirici rolunu diqqətə çatdırır.

Universal həlləri ilə, bütün müştəri seqmentlərinin ehtiyaclarını qarşılayan çeşidli məhsul və xidmətləri ilə, formalaşdırdığı yeni təcrübələrlə, iştirak etdiyi irimiqyaslı layihələrlə bu gün ABB ölkə və cəmiyyət həyatında çox mühüm müsbət təsirlər yaratmaqdadır.

Bank 3.5 milyondan çox fərdi, 20 minə yaxın korporativ müştəriyə xidmət edir. Ölkəmizdəki bir çox dövlət və özəl qurumların, kiçik və orta sahibkarların etibarlı maliyyə tərəfdaşıdır. 1800-ə yaxın səhmdar ABB-də pay sahibidir, Bankda 3500-dən çox əməkdaş çalışır. ABB bu qədər şəxsi, onların doğmalarını yaratdığı dəyərlər ətrafında bir araya gətirir, ayrı-ayrı fərdlər və qurumlar arasında bağlantı qurur, imkanlar yaradır, inkişaf proseslərini dəstəkləyir. Bütün bunlar ABB-nin bütünləşdirici rolunu getdikcə daha da gücləndirir.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu gün ABB sadəcə bank olmaqdan daha üstün mövqeyə yüksələrək insanlarımızın gündəlik həyatında vacib bir dəyərə çevrilib. Bu dəyəri müştərilərimizlə, tərəfdaşlarımızla, səhmdarlarımızla, əməkdaşlarımızla, bir sözlə, ABB adında bütünləşən hər kəslə birgə yaratmışıq. Biz bu insanlarla, onlar isə ABB ilə bir bütünük, birlikdə ABB-yik. İmic filmimizin ötürdüyü “ABB Bizik!” mesajı da belə bir xoş reallığı vurğulayır”.

Filmi buradan izləyə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Teqlər: