ABB və Azercell “ƏDV geri al” xidmətini daha da asanlaşdırdı

ABB tərəfdaşları ilə imkanları birləşdirib müştərilərin işini
daha da asanlaşdırır. Bank bu istiqamətdə inteqrasiya tədbirlərini
davam etdirir. Növbəti belə layihələrdən biri Azercell şirkəti ilə
həyata keçirilib. ABB-nin xidmət həllərinin bu şirkətin
platformasına inteqrasiyası sayəsində istifadəçilər indi “ƏDV geri
al” xidmətindən Azercell-in “Kabinetim” tətbiqində də istifadə edə
bilərlər. Bunun üçün sadəcə tətbiqin müvafiq bölməsində alış-veriş
qəbzi üzərindəki QR kodu oxutmaq lazımdır. ƏDV məbləğləri həm
“Kabinetim” tətbiqində, həm də ABB mobile-da görünür. Bununla
müştərilər daha bir üstünlük qazanırlar. “Kabinetim” istifadəçiləri
yeni xidmətdən faydalanaraq ƏDV balansını dərhal Azercell
nömrəsinin balansına köçürməklə, bu mobil tətbiqin təklif etdiyi
bütün ödənişli xidmətlərdən yararlana bilərlər. Bu cür inteqrasiya
layihələri ilə ABB öz tərəfdaşlarına da yeni imkanlar yaratmış
olur.

Qeyd edək ki, “ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya
iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin
müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız
qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə
10%-i geri qayıdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: