ABB “Teknofest” Festivalında startapları dəstəkləyir

Bu gündən Azərbaycanda “Teknofest-Azərbaycan” Aerokosmik və
Texnologiya Festivalı başlanıb. Festival çərçivəsində təşkil olunan
“TAKE OFF BAKU” startap sammitinin əsas təşkilatçısı ABB-dir. ABB
özünün İnnovasiya Mərkəzinin imkanlarından faydalanaraq qlobal
bazarlara çıxış potensialına malik startapların, xarici və yerli
investorların cəlb olunmasında yaxından iştirak edib. Sammit zamanı
investorlar, şirkətlər, xarici mentorlarla görüşlər keçiriləcək,
startapların təqdimatı və mükafatlandırılması olacaq.

“Teknofest” Festivalı 2018-ci ildən keçirilir. Festivalın
təşkilatçıları Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi
və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın
rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfıdır (T3 Vakfı).
Türkiyənin 60-dan çox dövlət qurumu, ali məktəbi, özəl şirkəti bu
tədbirin tərəfdaşıdır. “Teknofest”in məqsədi gənclərə, tələbələrə,
məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər
yaratmaqdır. Müsabiqədə ilk 3 yeri qazanan startaplar üçün 15 000
USD, 10 000 USD və 5 000 USD dəyərində maliyyə dəstəyi təqdim
olunacaq.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu tədbirə ilk dəfədir ki,
ev sahibliyi edir. Festival Baku Crystall Hall və Dənizkənarı Milli
Parkda keçirilir. Festival haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: