ABB Şamaxı filialı və “Azəriqaz” şöbəsini də yenilədi

ABB-nin xidmət ofislərinin Bankın yeni inkişaf konseptinə uyğun
qurulması davam etdirilir. Bankın Şamaxı filialı və “Azəriqaz”
şöbəsi də yeni konseptdə müştərilərin istifadəsinə verilib. Şamaxı
filialı Şamaxı şəhəri, Heydər Əliyev prospekti – 51 ünvanında, yeni
inşa edilmiş binada xidmət göstərir. “Azəriqaz” şöbəsi isə Bakı
şəhəri, Yusif Səfərov küçəsi – 23 ünvanında fəaliyyətdədir.

Şamaxı filialı və “Azəriqaz” şöbəsində müştərilərə ən yüksək
səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Xidmət ofislərinin
profilindən asılı olaraq fərdi və korporativ müştərilər müxtəlif
növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul
köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə
əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana
bilərlər.

ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev
bildirib: “ABB xidmət ofislərini yeni brend kimliyinə
uyğunlaşdırmaqla, müştərilərə daha rahat və əlçatan bank məhsulları
və xidmətləri təklif etməyə çalışır. Bu istiqamətdə apardığımız
fəaliyyət ilk növbədə üst səviyyədə müştəri məmnuniyyətinə nail
olmağı və təmsil olunduğumuz yerlərin inkişafına töhfə verməyi
hədəfləyir. Bu il ərzində yenilənmiş konsepsiyaya uyğun daha bir
neçə filialımızın müştərilərin istifadəsinə verilməsi nəzərdə
tutulub”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: