ABB-nin baş sponsorluğu ilə ADA Universitetində “Karyera
həftəsi”nin yekun tədbiri və “Karyera sərgisi” keçirilib. “Karyera
həftəsi” ərzində müxtəlif biznes qurumlarının, o cümlədən ABB-nin
təmsilçiləri tələbə və məzunlar üçün təqdimatlar ediblər. Gənclərdə
əmək bazarı, bu bazarın mövcud tələbləri barədə təsəvvür yaradılıb.
“Karyera həftəsi” zamanı xüsusi prosedurlar əsasında 3 tələbə
seçilib. Onlar ABB-nin Təcrübə proqramına cəlb olunub. Həmin
gənclər ABB-nin müxtəlif struktur bölmələrində təcrübə
keçəcəklər.
“Karyera sərgisi”ndə isə tələbə və məzunlar tərəfdaş qurumların
insan resursları üzrə təmsilçiləri ilə ünsiyyətdə olaraq mövcud
vakansiyalar haqqında məlumatlar əldə ediblər. Onlara müraciət və
işəqəbul prosedurları barədə ətraflı məlumat verilib.
ABB-nin Baş direktoru Aynur Süleymanlı “Karyera sərgisi”ndə
çıxışı zamanı Bankın istedadlı gənclərə dəstək üçün bir sıra
proqramlar həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, ABB
müəyyən bilik və bacarıqlara malik, amma iş təcrübəsi olmayan
gənclərə də imkanlar yaradır. Onlara təcrübə qazanmaqda dəstək
verir. “Bank sektorunun ən yaxşı işəgötürəni olmaq bizim
əsas hədəflərimizdən biridir. Bu məqsədlə ABB ölkəmizdəki aparıcı
ali məktəblərlə əməkdaşlığı, bu cür karyera tədbirlərinə
tərəfdaşlığı da fəaliyyətində xoş bir ənənəyə çevirib” –
deyə o vurğulayıb. Aynur Süleymanlı tələbə və məzunları bu cür
imkanlardan faydalanmağa çağırıb.
Karyera tədbirlərinə verdiyi baş sponsorluq dəstəyinə görə
ABB-yə ADA-nın mükafatı təqdim olunub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.