ABB-dən yeni layihə – “Faydalı keşbek”

ABB-dən yeni layihə – “Faydalı keşbek”

ABB müştərilərə növbəti faydalı yeniliyini təqdim edib. Belə ki, 1 avqust tarixindən ABB-nin istənilən kart sahibləri yeni “Faydalı keşbek” layihəsindən yararlana bilər.

“Faydalı keşbek” ilə müştərilər artıq ABB mobile tətbiqi vasitəsi ilə 1 kateqoriya üzrə deyil, tam 5 kateqoriya üzrə keşbek qazana biləcəklər. Kateqoriyaların sayının artması, kart sahiblərinin daha çox keşbek qazanmasına səbəb olacaq. Yeniliklər bununla bitmir. Daha çox keşbek qazanmaq üçün ödənişi ABB-nin müxtəlif kartları, o cümlədən maaş və pensiya kartları ilə həyata keçirmək olar. Azercell Co-Brand və ABB Miles kartları istisna olmaqla, istənilən ABB kartı ilə edilən ödənişlər müştəriyə daha çox keşbek və daha çox qazanc gətirəcək. Azercell Co-Brand və ABB Miles kartları üzrə mövcud loyallıq layihələri barədə məlumatlar isə Bankın rəsmi internet səhifəsində qeyd olunub.

Qeyd edək ki, “Faydalı keşbek” ABB-nin yeni layihəsidir. Müştərilər bu layihə çərçivəsində xərclədikcə daha çox qazanırlar.

“Faydalı keşbek”-in üstünlüklərindən yararlanmaq üçün ABB mobile tətbiqini yeniləmək lazımdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Teqlər: