8 Mart – Beynəlxalq Qadınlar Gününə özəl olaraq ABB xanımlar
üçün yeni fürsətlər yaradıb. Bankın elan etdiyi kampaniya zamanı
ABB ilə tərəfdaş məkanlarda ödənişlərini TamKart-la aparan xanım
müştərilər hər ödənişə 8% keşbək qazanacaqlar. Kampaniya martın
5-dən 8-ə qədər davam edəcək.
Bu fürsətdən yararlanmaq üçün ödəniş ABB-nin POS terminalları
ilə aparılmalıdır. Ödəniş məbləği ən azı 20 manat olmalıdır. Hər
müştəri kampaniya müddətində maksimum 50 manat keşbək qazana
bilər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.