ABB-dən qadın sahibkarlara 20% endirim

ABB 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım
sahibkarlara gözəl bir imkan yaradıb. Onlar ABB-nin kiçik və orta
sahibkarlar üçün xidmətlər paketini 20% endirimlə ala bilərlər. Bu
təklif 5 və 9 mart günü boyunca qüvvədə olacaq.

ABB-nin xidmət paketlərinə fərdi sahibkarların və hüquqi
şəxslərin tez-tez istifadə etdikləri bir çox kompleks bank
xidmətləri daxildir. Müəyyən dövr ərzində davamlı qaydada ABB-də
müxtəlif növ əməliyyatlar həyata keçirən müştərilər bu imkandan
faydalanmaqla xidmətlərdən daha sərfəli şərtlərlə yararlana
bilərlər. Təqdim edilən xidmətlərin bir çoxu ödənişsizdir. Məsələn,
hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici
köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və
kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes
kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu
kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə etmək olar. Digər
xidmətlər isə güzəştli şərtlərlə təqdim edilir. ABB-nin xidmət
paketləri ilə bağlı daha ətraflı məlumatı buradan
öyrənmək mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: