2 İyul Polis Günü münasibətilə ABB yeni kampaniyaya start verib.
AzerTimes xəbər verir ki, polis əməkdaşları 29 iyundan 09 iyula qədər nağd pul kreditini ABB-dən sərfəli şərtlərlə əldə edə bilərlər:
Kreditin şərtləri:
Məbləğ – 30 000 manatadək
Müddət – 60 ayadək
Komissiya – 0%
İllik faiz dərəcəsi – 14%-dən başlayaraq
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. Krediti Banka gəlmədən ABB mobile tətbiqindən, yaxud Bankın saytından onlayn şəkildə də sifariş verib əldə etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.