ABB-də “Yaz fürsəti” yenidən başladı!

ABB Novruz bayramı ərəfəsində yeni fürsətlər yaradır. Bankın bu
gündən elan etdiyi kampaniya çərçivəsində müştərilər nağd pul
kreditini ABB-dən 14%-dən başlanan faiz dərəcəsi ilə əldə edə
bilərlər. Kredit 30 000 manatadək məbləğdə, 60 ayadək verilir.
Rəsmiləşdirmə komissiyası sıfırlanıb. Üstəlik, kredit alan
müştəriyə minimum 500 manatlıq TamKart kredit kartı hədiyyə
edilir.

Bundan başqa, kampaniya çərçivəsində TamKartla 100 manat və daha
çox ödəniş müştəriyə 10 manat keşbək qazandırır. Kampaniya dövründə
müştəri 5 əməliyyata görə maksimum 50 manat keşbək qazana
bilər.

“Yaz fürsəti” səyahətsevərlərə də aiddir. Belə ki, kampaniya
zamanı ABB Miles Premium kartını ilk dəfə alan müştərilərə 30 000
mil qazanmaq imkanı yaradılır. Sadə ABB Miles kartını ilk dəfə alan
müştərilərinsə 15 000 mil qazanmaq imkanı olur. Bu imkandan
faydalanmaq üçün kart sahibi ABB mobile tətbiqinin “Kampaniyalar”
bölməsində bu kampaniyaya qoşulmalıdır. Yeni ABB Miles Premium
kartı ilə 30 000 mil qazanmaqdan ötrü 3 ay boyunca aylıq minimum
1500 AZN – mil hesablanan dövriyyə etməlidir. Yeni ABB Miles kartı
sahiblərindən isə 15 000 mil qazanmaq üçün 3 ay boyunca minimum 800
AZN mil hesablanan dövriyyə etmək tələb olunur.

Onu da qeyd edək ki, 30 000 mil 480 AZN-ə, 15 000 mil 240 AZN-ə
bərabərdir. Hər bir kampaniya təklifinin şərtləri və qüvvədə olma
müddətləri haqqında ətraflı məlumatı buradan əldə edə
bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: