ABB-də mediatorlar üçün təlim

ABB-nin təşəbbüsü və təşkilatçılığı ilə mediatorlar üçün təlim
təşkil olunub. Təlimə Ədliyyə Akademiyası, Mediasiya Şurası və
Azərbaycan Banklar Assosiasiyası da dəstək verib. Mövzu “Bankla
müştəri arasında yaranan kommersiya mübahisələrinin əsasları” olub.
Təlimdə 27 mediator iştirak edib. Təqdimatlarda müştərilərlə
bağlanmış müqavilələrdən irəli gələn mübahisələrə diqqət yönəlib.
Hesablaşmalar, kart əməliyyatları, İnternet Bankdan istifadə və s.
xidmətlərlə bağlı yarana biləcək mübahisələrin spesifikliyi
nəzərdən keçirilib. Müxtəlif məqamlara aydınlıq gətirilib.
İştirakçıların sualları cavablandırılıb.

ABB-nin İdarə Heyəti sədrinin müavini Vasif Əhmədov bildirib ki,
Bank cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində
tədbirləri davam etdirir: “Bu gün bank əməliyyatları
həyatımızın bir hissəsinə çevrilib. Əməliyyatlar genişləndikcə,
proseslər rəqəmsallaşdıqca müəyyən suallar da artır. Mediasiya
prosesləri bu cür sualların cavablandırılması, mümkün mübahisələrin
vaxtında və düzgün həlli baxımından çox önəmlidir. Ümid edirik ki,
belə təlimlər faydalı olacaq”.


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: