ABB-də hər kəs üçün 11.9%-lə yaz kredit kampaniyası

ABB-də hər kəs üçün 11.9%-lə yaz kredit kampaniyası

ABB yaz mövsümünün gəlişi münasibətilə yeni kredit kampaniyasına başlayıb. Əmək haqqını hansı bankın kartı ilə almasından asılı olmayaraq rəsmi gəlirə malik hər bir müştəri nağd pul kreditini indi ABB-dən cəmi 11.9%-lə, çox rahat əldə edə bilər. Aprelin 15-dək davam edəcək kampaniyanın şərtləri belədir:

Məbləğ – 35 000 manatadək

Müddət – 60 ayadək

Komissiya – 0%

Sığorta haqqı – 0%

İllik faiz dərəcəsi – 11.9%

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Banka gəlmədən ABB mobile tətbiqindən, Bankın saytından onlayn sifariş vermək, yaxud ABB-nin istənilən filialından almaq mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: