Avropa Birliyi “Dayanıqlı Zəngəzur – Avropa komandası” təşəbbüsü çərçivəsində Zəngəzur bölgəsində həyata keçirilən layihələrin büdcəsini ikiqat artırıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Gününə həsr olunmuş tədbir çərçivəsində Avropa Birliyinin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin bildirib.
“Təşəbbüsün beşillik büdcəsi 51 milyon avrodan 116 milyon avroya qaldırılıb: 40 milyon qrant, 76 milyon kredit. Təşəbbüsün əsas məqsədi Zəngəzur bölgəsinin sabit sosial-iqtisadi və institusional inkişafıdır. Bu, texniki dəstəyi və ekspert potensialını birləşdirərək vəsaitlərin, kreditlərin və qrantların verilməsi imkanlarını yaradır. Bundan sonra biz kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcəyik, təhsilə, yaşıl kənd təsərrüfatına və təbii sərvət infrastrukturuna sərmayə qoyacağıq”, – Viktorin vurğulayıb.
Zəngəzurun qubernatoru Robert Qukasyan isə bildirib ki, bir neçə həftədən sonra Avstriya İnkişaf Agentliyi Qafanda ofisini açacaq və layihələrin icrasına başlayacaq.
O bildirib ki, bölgədə həyata keçirilən layihələr Zəngəzurun “müqavimətini” gücləndirəcək.