AB-yə üzv olmaq üçün 7 tövsiyəni yerinə yetirəcəyik

AB-yə üzv olmaq üçün 7 tövsiyəni yerinə yetirəcəyik

Ukrayna bu ilin sonuna kimi Avropa Birliyinə daxil olmaq üçün yeddi tövsiyəni yerinə yetirəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə Kiyevdə keçirdiyi brifinqdə deyib.

“Artıq bu il biz Ukraynanın AB üzvlüyü ilə bağlı Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirəcəyik. Avropa İttifaqına daxil olmaq üçün ölkəmiz yeddi tövsiyəni yerinə yetirməlidir”, – Zelenski söyləyib.

Teqlər: