Qərbli həmkarlarımızın çoxu Rusiyanın enerji resurslarından necə qurtulduğundan danışmağı xoşlayır.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
“Bu, saxta xəbərlərin ən böyük nümunələrindən biridir, çünki Qərb ölkələri hamı kimi Rusiya ilə iş aparmağa davam edir. Sadəcə olaraq bunu inkar edirlər. Avropanın qərb hissəsində Rusiya qazının payına, Qərbə gələn neftin miqdarına və haradan gəldiyinə baxsanız, təəccüblənəcəksiniz. ABŞ kimi bir ölkəyə bir nömrəli uran tədarükçüsünün kim olduğuna baxsanız, yenə də təəccüblənəcəksiniz. Araşdırmaya vaxt itirməmək üçün deyəcəm ki, bu, Rusiyadır. Bütün bunlar iqtisadi sanksiyaların tamamilə faydasız olduğunu göstərir”, – o bildirib.