AB-yə enerji sisteminin yenidən təşkili etmək üçün milyardlar lazımdır

AB-yə enerji sisteminin yenidən təşkili etmək üçün milyardlar lazımdır

Avropa Birliyinin (AB) yaşıl enerjiyə keçid və Rusiya yanacağından imtina etməsi üçün enerji sisteminin yenidən təşkili planı onilliyin sonuna qədər 565 milyard avro tələb edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi AB-nin hazırladığı sənəd layihəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, enerji sisteminin yenidən təşkil olunmasının əsas prinsipi sənayenin rəqəmsallaşdırılması, yəni 2024-cü ildən AB-də elektrik enerjisindən istifadəyə dair məlumatların mübadiləsidir. Belə bir qərar isə regionda enerji bazarının çevikliyini artıra bilər.

Həmçinin, 2027-ci ildən bütün kommersiya və ictimai, 2029-cu ildən isə yeni yaşayış binalarında günəş panellərinin quraşdırılması planlaşdırılır.

Nəşrin məlumatına görə, Avropa Komissiyası müvafiq sənədi sentyabrın 28-də dərc edəcək.

Teqlər: