Türkiyə BRİKS-ə alternativ iqtisadi platforma kimi baxır.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində deyib.
“BRİKS-ə alternativ iqtisadi platforma kimi baxırıq. AB ilə iqtisadi inteqrasiyamız uğurlu olsaydı, bəlkə də bir çox məsələlərdə bu qədər gərgin axtarışda olmazdıq”, – o bildirib.
Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Türkiyənin BRİKS-ə tam üzv olmaq üçün müraciət etdiyini və bu müraciətə baxılacağını bildirmişdi.