Ukrayna Prezidenti Vladimir Zelenskinin hazırladığı Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həlli planı yeganə mümkün plandır.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Josep Borrell deyib.
“Ukrayna üçün yalnız bir sülh planı var – “Zelenski planı”. “Çin planı” sadəcə xoş arzular toplusudur. Və təbii ki, ruslar Ukraynanın planını qəbul etməyəcəklər. Sülh planları yaxşıdır, lakin Rusiya hərbi məqsədləri olduğunu və onlara çatmağa, bombalamağa davam edəcəyini deyir. Belə bir şəraitdə hansı sülh planından söhbətlər gedə bilər?” – Borrell qeyd edib.