Qarabağdakı vəziyyət AB xarici işlər nazirlərinin bu gün İspaniyada keçirilən görüşünün gündəliyinə daxil edilib.
AzerTimes xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
Berbok Qarabağdakı insanların vəziyyətini “katastrofik” adlandırıb və fransalı həmkarı Ketrin Kolonna ilə bu məsələni gündəliyə saldıqlarını bildirib.
Berbok iddia edib ki, elektrik enerjisi yalnız az sayda insan üçün əlçatandır:
“Və buna görə də biz təcili Azərbaycana və Rusiyaya müraciət edirik: “Qarabağ xalqı” nəhayət, həyat üçün lazım olanı almalıdır. Laçın “dəhlizi” humanitar yardım üçün açıq olmalıdır”.
Berbok onu da qeyd edib ki, artıq bir neçə gündür ki, “Qarabağ xalqının” nəhayət humanitar yardım almasını təmin etmək üçün amerikalı tərəfdaşlarla da fikir mübadilələri aparılır.