AB Ukraynaya “hə” deyəcək – Blumberq

AB Ukraynaya “hə” deyəcək – Blumberq

Avropa Birliyinə üzv olan 27 ölkə bu həftə Ukraynaya rəsmən namizəd statusu vermək niyyətindədir. Bazar ertəsi AB rəsmilərinin görüşündə heç kim qərarın əleyhinə çıxış etməyib.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

“AB həmçinin Avropa Komissiyasının Moldova, eləcə də Gürcüstana ilk növbədə konkret əlavə şərtləri yerinə yetirəcəyi təqdirdə namizəd statusunun verilməsi ilə bağlı rəyini dəstəkləmək niyyətindədir. AB liderləri iyunun 23-24-də Brüsseldə görüşəcək. Məhz bu sammit zamanı Ukraynanın rəsmi olaraq AB üzvlüyünə namizəd olacağı gözlənilir. Statusun verilməsi ilə bağlı yekun qərar və hər hansı əlavə şərtlər bütün üzv dövlətlər tərəfindən təsdiqlənməlidir”, – məlumatda deyilib.

Teqlər: