AB Ukraynaya görə bu ölkəyə təzyiq edəcək

AB Ukraynaya görə bu ölkəyə təzyiq edəcək

Avropa Birliyi Cənubi Koreyaya silahların birbaşa Ukraynaya ötürülməsi üçün təzyiq edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Euractiv” Avropa Birliyinin diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula von der Leyenin bu ay Cənubi Koreyaya səfəri zamanı silahların tədarükü ilə bağlı çağırış edəcəyi gözlənilir.

Nəşr bildirib ki, sursat problemi Ukraynanın əks-hücum əməliyyatına hazırlığı fonunda daha da aktuallaşıb:

“Ukraynanın avropalı tərəfdaşları Cənubi Koreyanın hərbi yardım göstərəcəyini gözləyirlər, çünki müttəfiq ölkələrin fabriklərinin istehsalı artırması bir neçə ay çəkəcək və bazarda çoxlu sayda silahların olmaması vəziyyəti daha da çətinləşdirir”.

Teqlər: