AB Ukraynaya 50 milyardlıq yardım paketi hazırlayır

AB Ukraynaya 50 milyardlıq yardım paketi hazırlayır

AB Ukraynaya 50 milyard avroluq maliyyə yardımı paketi təklif etməyə hazırlaşır.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrinə istinadən məlumat yayıb.

“Plan ictimaiyyətə açıqlanmadan əvvəl dəyişikliklərə məruz qala bilər. Avropa Komissiyası Ukraynaya qrantlar, güzəştli kreditlər və zəmanətlər şəklində yardım təklif etməyi planlaşdırır. Paket bazar kreditləri hesabına deyil, AB-yə üzv dövlətlər tərəfindən maliyyələşdiriləcək. Ukraynaya dəstək planı AB-nin 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsinə yenidən baxılması çərçivəsində həyata keçiriləcək”, – məlumatda deyilir.

Teqlər: