AB Ukraynaya 1,59 milyard ayırdı

AB Ukraynaya 1,59 milyard ayırdı

Avropa Birliyi Avropa İnvestisiya Bankının büdcəsindən Ukraynaya 1,59 milyard avro ayırıb. Bu məbləğin 1,05 milyard avrosu dərhal veriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.

Məlumata əsasən, bu, AİB-nin Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Ukrayna Həmrəyliyi” Təcili Müdaxilə Proqramı çərçivəsində Ukraynaya ikinci yardım paketidir.

Birinci yardım 668 milyon avroluq təcili yardım paketi olub. Yeni maliyyələşdirmə də sərfəli şərtlərlə, o cümlədən uzunmüddətli şərtlərlə təklif olunur.

“AİB-nin Ukraynada həmrəylik aksiyası çərçivəsində ikinci yardım tədbirləri paketi əsas xidmətlərin, ən mühüm infrastrukturun fəaliyyətini bərpa etməyə, ölkənin dayanıqlığını gücləndirməyə və iqtisadi sabitliyi qorumağa kömək edəcək”, – Avropa Komissiyasının məlumatında bəyan edilib.

Teqlər: