AB Avropa Parlamentinə iyunun 6-dan 9-dək keçiriləcək seçkiyə qədər Ukrayna ilə birliyə üzvülüklə əlaqədar danışıqları dayandırmaq qərarına gəlib.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
“Hələ də danışıqların çərçivəsi üzərində işləyirik. Təxminlərimə görə, danışıqlar proqramı Avropa seçkisinə qədər deyil, seçkidən sonra hazır olacaq. Çünki müxtəlif danışıqlar mövqelərinin inkişafı səbəbindən bu, vaxt apara bilər. Amma inanıram ki, yayda, yayın əvvəlində hazır olacağıq”, – o bildirib.
Qeyd edək ki, “Politiko” anonim diplomat və rəsmilərə istinadən bildirmişdi ki, bəzi AB ölkələri Ukraynanın Avropa Parlamentinə seçki ərəfəsində birliyə üzv olması ilə bağlı danışıqların başlamasından narahatdır.