Avropa Birliyi Ukraynanı ölümə hazırlayır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin açıqlamasına ironiya ilə cavabında deyib.
“Ukraynalılar Avropa perspektivləri uğrunda ölməyə hazırdırlar. Görünür, buna onları Avropa Birliyindən olan xeyirxah əmilər və bibilər hazırlayır”, – Medvedyev bildirib.
Qeyd edək ki, bu gün Ursula fon der Leyen ukraynalıların Avropa perspektivi üçün ölməyə hazır olduqlarını demişdi.