Avropa Birliyi Ukraynadakı müharibə ilə təkbaşına qalmağa hazır olmalıdır.
AzerTimes xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban ABŞ-da Respublikaçılar Partiyasının prezident seçkilərdə qalib gəlməsi ehtimalından danışarkən deyib.
“Respublikaçılar hakimiyyətə gələrsə, Avropanın nəhəng geosiyasi münaqişə ilə təkbaşına mübarizə aparması, problemin demək olar, qeyri-mümkün siyasi həllini tapması və xərcləri özünün qarşılaması tamamilə mümkündür”, – V.Orban qeyd edib.