Dünən Avropa Komissiyası Ukrayna qanunvericiliyinin Avropa Birliyinin hüquq sisteminə nə dərəcədə uyğun olduğunu öyrənmək üçün onun nəzərdən keçirilməsi və təhlili prosesinə başladığını açıqlayıb.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
“Biz indi siyasi vəziyyəti və Avropa Şurasında qəbul etdiyimiz qərarı izləməliyik. AB-yə üzvlüklə bağlı danışıqlara hazırlıq zamanı danışıqların çərçivəsini aydınlaşdırmaq üçün qanunvericiliyin nəzərdən keçirilməsi və təhlili prosesi başlayır”, – Leyen bildirib.
Avropa Komissiyasının AB-nin genişlənməsi üzrə nümayəndəsi Anna Piosenora da bildirib ki, həmin proses Moldova üçün də başlayıb.
“Ekspertiza 33 qanunvericilik sektoru çərçivəsində aparılacaq. Danışıqlar çərçivəsi artıq hazırlanır və tezliklə AB Şurasına təqdim olunacaq. Əslində bu, danışıqların başlanğıcı olacaq”, – Piosenora vurğulayıb.