AB Ukrayna üçün “Marşal Planı” yaradacaqmı?

AB Ukrayna üçün “Marşal Planı” yaradacaqmı?

Almaniya kansleri Olaf Şolts və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın bərpası üçün “Marşal planı”nın hazırlanmasına və ölkəyə yardımın əlaqələndirilməsi platformasının formalaşmasına çağırıblar.

AzerTimes xəbər verir ki, bu barədə onların “Frankfurter Allgemeine Zeitung” qəzetindəki birgə məqaləsində deyilir .

Material Berlində Ukraynanın bərpası ilə bağlı keçiriləcək konfrans ərəfəsində yayılıb. Məqalədə Şolts və Leyen izah ediblər ki, tədbir zamanı onlar mütəxəssislərlə beynəlxalq ictimaiyyətin Kiyevə ən yaxşı şəkildə necə kömək edə biləcəyini müzakirə etmək istəyirlər .

“Tarixi müqayisələrdə həmişə ehtiyatlı olmaq lazım olsa belə, bu, 21-ci əsr üçün yeni “Marşal Planı”nın yaradılmasından başqa bir şey deyil”, – nəşr yazır.

Teqlər: