Avropa Birliyi (AB) Ukraynanı üzv qəbul edəcək vəziyyətdə deyil.
AzerTimes xəbər verir ki, bu barədə Portuqliya Baş naziri Antonio Kosta deyib.
O bildirib ki, ittifaq yeni üzvləri qəbul edə bilməyəcək:
“AB-nin Türkiyə ilə bağlı onillərdir etdiklərinin Şərqi Avropada da yayılma riski var. Avropa Birliyi yeni qatılımlar səbəbindən partlamaq istəmirsə, özünü yenidən qurmalıdır. Mövcud vəziyyətdə AB genişlənmək durumunda deyil”.