AB Tiflislə bağlı Rusiyaya deyib ki… – Şok iddia

AB Tiflislə bağlı Rusiyaya deyib ki… – Şok iddia

Rusiyanı qıcıqlandırmamaq üçün Gürcüstana Avropa Birliyinə üzvlük üçün namizəd statusu verilmədi.

AzerTimes xəbər verir ki, bu sözləri gürcü ekspert Ramaz Sakvarelidze deyib.

“Onlar bu manevri etdilər. Ukraynaya münasibətdə Avropanı məcbur etməyən manevr… Ukrayna hələ uzun zaman namizəd statusunda qalacaq. Və bizimlə bağlı perspektiv danışıqları da heç bir anlama gəlmir”, – o bildirib.

Ekspert əlavə edib ki, indiki mərhələdə nə namizəd statusu Gürcüstana nəsə verir, nə də Avropa perspektivi:

“Beləliklə, mümkündür ki, Avropa Rusiyaya deyib ki, biz sizi qıcıqlandırmırıq. Rusiyanı qıcıqlandırmamaq son dövrlərdə Avropanın əsas vəzifələrindən biri olub. Onlar hətta Zelenskiyə görə Kiyevə gəlib və onu Rusiya ilə sərfəli şərtlərlə razı salmaq istəyiblər. Amma alınmayıb”.

Ekspertin fikrincə, elə həmin dövrdə belə qərar qəbul edilib ki, Moldova və Ukrayna ayrı, Gürcüstan isə ayrıdır.

Teqlər: