AB səfirləri Kiyevə 4,2 milyard avro büdcə yardımı ayırmağa razılaşıblar.
AzerTimes xəbər verir ki, bu məlumatı Avropa Birliyi Şurası yayıb.
Qeyd olunub ki, bu tranş tezliklə AB Şurası tərəfindən təsdiqlənəcək:
“Növbəti addım qərarın Avropa İttifaqı Şurası tərəfindən yazılı prosedura uyğun şəkildə təsdiqlənməsi olacaq”.
Qeyd edək ki, yazılı prosedura əsasən, AB Şurası müzakirələri nəzərdə tutmayan qərarları təsdiq edir.