Avropa Birliyi (AB) sursat istehsalını artırmaq üçün 500 milyon avro ayırmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, qanun miqyasının genişlənməsinə, eləcə də sursat istehsalının sürətləndirilməsinə töhfə verməlidir. Ursula fon der Leyen onu da əlavə edib ki, bu yeniliklər zəruridir, çünki Ukraynaya indi sursat lazımdır.